Qoyun oğurlayan cinayətkar qohumlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qoyun oğurlayan cinayətkar qohumlar tutuldu

Kriminal

10 Mart 2022 13:11 543


Hacıqabulda silsilə oğurluq edən qohumlar saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, dəstə 4 nəfərdən ibarət olub.

Araşdırmalarla onların  Bərdə rayon sakinləri Etibar Vəliyev, onun qardaşı oğlu Təhmasib Vəliyev, bacısı oğlu Hüseyn Quliyev və sürücü olan həmyerlisi Elşad Əliyev olduğu müəyyən edilib. Pepperoni pizza

Bədəməllərin Kürdəmir və Bərdə rayonlarında ümumilikdə 4 təsərrüfatdan iri və xırda buynuzlu heyvanları oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları və zərəçəkmişlərə maddi ziyan vurduqları müəyyən edilib. 

Dindirilmə zamanı onlar törətdikləri oğurluqları etiraf ediblər. 

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!