Qreta Tunberq Brüsseldə yolu bağladı

saytların hazırlanması

Evə çatdırılma

Qreta Tunberq Brüsseldə yolu bağladı

Dünya

05 Oktyabr 2024 22:31 800


İsveçli ekofəal Qreta Tunberq də daxil olmaqla, onlarla etirazçı Avropa İttifaqının (Aİ) neft və qaz sənayesi üçün subsidiyalarına etiraz olaraq Brüsseldə əsas yolu bağlayıb.

Oxu.az xəbər verir ki, bu barədə oktyabrın 5-də "Politico" qəzeti məlumat yayıb.

Tunberq və "Extinction Rebellion" ətraf mühit hərəkatının üzvləri Avropa Parlamenti və Avropa Komissiyasının (AK) binalarının yaxınlığında yerləşən metro stansiyasında özlərini yerə bağlayıblar. pizza sifarişi

Eyni zamanda, Avropa Parlamentinin binası yaxınlığında keçirilən paralel aksiyada iştirak edənlər iqlim dəyişikliyi ilə mübarizədə ləng irəliləyişdən bezdikləri üçün küçələrə çıxdıqlarını qeyd ediblər.

"Politico" aydınlaşdırır ki, AK prezidenti Ursula fon der Lyayen öz yeni komandasından neft və qaz subsidiyalarının mərhələli şəkildə dayandırılması prosesinə başlamağı xahiş edib. Keçən ilki hesabat göstərir ki, Aİ hələ də qalıq yanacaq istehlakına hər il 100 milyard avrodan çox vəsait xərcləyir, bu rəqəm Ukraynada münaqişənin başlanmasından sonra enerji böhranı nəticəsində kəskin şəkildə artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!