Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyasının növbəti mərhələsinin Tavuşdan sonra hansı hissədə aparılacağını hələ müzakirə etməyiblər.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O bildirib: “Növbəti bölmə ilə bağlı heç bir müzakirə belə olmayıb. Sahələrin hansı prinsiplərə əsasən seçiləcəyi hələ müəyyən edilməyib. Bir direktiv var: məsələ konsensus çərçivəsində həll olunmalıdır. Tərəflərdən biri sadəcə gəlib deyə bilməz ki, biz buradan sərhəd çəkmək istəyirik”. pizza mizza
Qriqoryan etiraf edib ki, risk həmişə var, amma son nəticədə saziş imzalanacaq:
"Onun çərçivəsində sərhədin bütün hissələrini təsvir edən protokol olacaq. Biz sərhədin artıq başa çatdırılmış hissələrinə qayıtmamağa razılaşdıq, çünki iş mürəkkəbdir və xaos yarana bilər”.
Novos
Telegram kanalımız