Qriqoryan Tavuşa getməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan Tavuşa getməkdən imtina etdi

Rəsmi

22 Aprel 2024 12:36 1532


Ermənistan baş nazirinin müavini, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sədri Mher Qriqoryan Tavuş rayonundakı kəndlərin icma sədrlərilə  görüşəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Xatırladaq ki, Tavuşun Azərbaycanla sərhədə yaxın kəndlərinin erməni sakinləri bir neçə gündür baş nazirin müavini Mher Qriqoryanla görüş tələb edirdilər.  Dördpendirli pizza

Qriqoryanın Tavuşun Voskepar, Kirants, Bağanis kəndlərinin sakinlərilə görüşəcəyi, işğal altındakı 4  yaşayış məntəqəsinin Azərbaycana verilməsindən narahat olan insanlarla müzakirə aparacağı deyilirdi. 

Baş nazirin müavini isə Tavuşda gözlənilən görüşü ləğv edib və İrəvanda kənd rəhbərləri ilə görüşməyə üstünlük verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!