Quba və Qusar rayonlarında bəzi çaylardan sel keçir   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Quba və Qusar rayonlarında bəzi çaylardan sel keçir - VİDEO

Sosial

05 Aprel 2026 19:56 488


Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb. Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb. pizza

Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır. Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!