Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb?

saytların hazırlanması

Evə çatdırılma

Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb?

Hadisə

23 İyul 2023 19:46 12879


Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılıb.

Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir. Marqarita pizza

Türkiyə mediasında həmçinin daha bir nəfər partiya sədrinin də saxlanıldığı bildirilir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin partiya sədri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. O, bir neçə saat əvvəl vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Onun saxlanılmasının FETÖ məsələsi ilə sıx bağlı olduğu bildirilir. Qeyd olunur ki, ADR sədri tez-tez ABŞ-nin Pensilvaniya ştatına səfər edib, Fətullah Gülənlə çoxsaylı görüşləri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!