Qubada avtobus 27 yaşlı qadını və uşağını vurdu

saytların hazırlanması

Evə çatdırılma

Qubada avtobus 27 yaşlı qadını və uşağını vurdu

Hadisə

18 Dekabr 2025 16:21 454


Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Yeni Sabah" xəbər verir ki, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu şəhərin H. Əliyev prospektində 1998-ci il təvəllüdlü Əminə İsrafilova və qızını vurub.

Saat 13 radələrində baş verən hadisə zamanı ana və övladı yolu keçmək istəyirmiş. pizza hut

27 yaşlı Ə. İsrafilova Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəza zamanı qadının yanında olan 8 yaşlı Şahbikə Gülyar qızı İsrafilova Təcili Tibbi Yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən və xəsarət alan şəxslər Qırmızı Qəsəbə sakinləridir. Hadisədən öncə onlar məhkəmə binasından çıxaraq bir qədər aralıda yolu keçmək istəyiblər.

Ölən qadının 5 yaşlı oğlu da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!