Qubada narkoman sürücü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qubada narkoman sürücü həbs olundu

Kriminal

16 Mart 2022 12:11 431


Quba  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında taksi sürücülüyü edən şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon sakini Rövşən Qasımbəyovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. pizza sifarişi

R.Qasımbəyov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!