Qubada narkotacirlərə qarşı əməliyyat - 7 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qubada narkotacirlərə qarşı əməliyyat - 7 nəfər saxlanıldı

Kriminal

20 Sentyabr 2022 11:07 909


Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar  zamanı 7 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mehrac Hacıyev saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana  aşkar olunaraq götürülüb. Pepperoni pizza

Həmçinin, rayon sakinləri Bəxtiyar Əliyev, Cəbrayıl Mikayılov, Müqəddəs Hüseynov, Əli Məmmədov,  Xaçmaz rayon sakini Elmar Mərdanov və Şabran rayon sakini Şirxan Qədirov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!