Qubada narkotik əməliyyatı   - Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Qubada narkotik əməliyyatı - Saxlanılanlar var

Kriminal

01 Oktyabr 2022 12:54 915


Quba Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə  əməliyyatlar keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri  Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov  saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə  baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə olan marixuana   aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri  Cəmil Abdullayev, Ruslan Əliyev,  Bilal Muradov, Taleh Atakişiyev, və  Firdovsi Şirinov  saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. pizza hut

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Narkotik satanları yox, narkotiklərin ölkəyə gətirilmə mənbələrini bağlamaq lazımdır.
    4 years ago