Qubada narkotik satışına görə iki nəfər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qubada narkotik satışına görə iki nəfər həbs edildi

Kriminal

19 Fevral 2022 20:24 702


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Orxan Ərəbov və Mirmehdi Misirxanov saxlanılıb. Həmin şəxslərin üzərlərinə, eləcə də yaşadıqları evlərə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!