Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Vüqar Mahmudovun şəxsin evinin həyətyanı sahəsində ümumi çəkisi 18,5 kiloqram olan 13 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub.
Bundan başqa, həmin yerdən 4 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb. pizza hut
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Vüqar Mahmudovun barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız