Qubada qardaş bacısını bıçaqladı - 3 gün əvvəl qaçırılmışdı

saytların hazırlanması

Evə çatdırılma

Qubada qardaş bacısını bıçaqladı - 3 gün əvvəl qaçırılmışdı

Kriminal

23 Sentyabr 2025 15:51 491


Qubada qardaş bacısını bıçaqlayıb.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Qubanın Xucbala kəndində baş verib.

Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.  pizza hut

İlkin məlumata görə, hadisəyə səbəb, 3 gün əvvəl kənd sakini E. Salıyev Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırıb.

 Qadının qohumları onun yerini öyrənərək kəndə gəliblər. Burada yaranan mübahisə zamanı qadının qardaşı M. Məhərrəmov bacısına bıçaqla ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!