Qubada torpaq sürüşməsi baş verdi, 10 ailə evlərindən köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Qubada torpaq sürüşməsi baş verdi, 10 ailə evlərindən köçürüldü

Hadisə

13 Oktyabr 2021 19:54 871


Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, 50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Quba rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə evlərindən köçürülüb. Pepperoni pizza

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!