Qülləyə qara bayraq asan şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qülləyə qara bayraq asan şəxs həbs edildi

Hadisə

28 İyul 2023 17:16 906


Sabunçu rayonunun, Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib. 

DİN-in mətbuat xidmətindən Yenisabah.az -a bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. 

Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib.  Sezar pizza

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!