Ququş səhnə həyatı ilə vidalaşır

Ququş səhnə həyatı ilə vidalaşır

Şou Veb saytların hazırlanması

16 Sentyabr 2023 11:44 492


Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) səhnə ilə vidalaşıb.

Yenisabah.az xəbər verir ki, 78 yaşlı sənətçi bu barədə videomüraciət yayıb.

O, qərarın onun üçün çox çətin olduğunu vurğulayıb.

Ququş 23 sentyabr tarixində "Son mövsüm" adlı konsert proqramı ilə dünya turuna çıxacaq. 

O, 1950-ci ildə Tehranda, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı valideynləri əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçüblər. Əsl adı Faiqə Atəşin olan qızcığaz o qədər gözəl olub ki, Tehranda qonşuluqda yaşayan ermənilər onu qu quşuna bənzədib. Sonradan bu bənzətmə müğənninin səhnə adına çevrilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!