Qurban bayramı: AQTA indidən yoxlamalar keçirir

saytların hazırlanması

Evə çatdırılma

Qurban bayramı: AQTA indidən yoxlamalar keçirir

Sosial

29 Aprel 2025 17:42 339


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyunun 6-7-də qeyd olunacaq Qurban bayramı münasibətilə ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir.

Yenisabah.az xəbər verir ki, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı ictimaiyyətə açıqlanacaq.

"Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!