Qurban Qurbanov “Qarabağ“ın yeni transferlərindən danışdı

Qurban Qurbanov “Qarabağ“ın yeni transferlərindən danışdı

İdman Veb saytların hazırlanması

31 Yanvar 2023 13:33 722


“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov transfer məsələlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, yeni transferlər haqqında danışarkən qeyd edib:

“Əlavə bir oyunçu ilə danışıqlar gedir. Artıq biz 3 transfer etmişik. Əgər transfer alınarsa, bir meydandan olan futbolçu transfer etmək istəyirik. Bu alınmadığı halda daha aktiv qapıçılarla danışıqlar gedir.

Əfsuslar ki, tam istədiyimiz kimi irəliləyiş yoxdur. Son günə kimi danışıqlarımız davam edəcək. Lakin “Gent”lə oyuna yeni transferlərdən ikisi hazır olacaq. Son transferimiz Yassin Benziya komandaya gec qoşulduğu üçün hazır olma ehtimalı aşağıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!