Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi - Fotolar

İdman

25 Yanvar 2022 16:10 836


Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Polşanın “Visla” (Krakov) klubu ilə bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutacaq.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, görüşün keçiriləcəyi və “Qarabağ”ın məskunlaşdığı idman kompleksinin meydançası qardan təmizlənib.

Maraqlıdır ki, təmizləmə prosesində Ağdam komandasının baş məşqçi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak ediblər. pizza sifarişi

Qeyd edək ki, “Qarabağ” bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın “Bohemians” klubu ilə oyunu ləğv olunub.

“Visla” ilə oyun isə Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!