Qurban Qurbanov yeni transferdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov yeni transferdən danışdı

İdman

13 Yanvar 2023 22:15 932


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın yeni transferi Adama Diakabi ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, bu gün Antalyada “Rakuv”a (Polşa) qarşı yoxlama matçında (0:3) sonra jurnalistlərə deyib: 

“O, çoxdandır oynamırdı (Adama 2022-ci ilin iyununda klubsuz idi - red.). İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu “yana” bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq”. Dördpendirli pizza

Xatırladaq ki, Adama Ağdam klubuna azad agent qismində keçib. Onun son klubu Fransa “Amyen”i olub. 2022-ci ilin yayında Fransa təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu klubsuz idi. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!