“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 400-cü çempionat matçına çıxıb. 400-cü matç Premyer Liqanın 10-cu turuna təsadüf edib.
Yenisabah.az xəbər verir ki, “Sumqayıt”ın qonağı olan Ağdam klubu 49 yaşlı mütəxəssislə yubiley sınağında Sumqayıta 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Qurbanovun “Qarabağ”da debütü 2008/09 mövsümünə təsadüf edib. 2008-ci il avqustun 9-dakı səfər matçında ağdamlılar “Bakılı”ya qalib gəlib - 2:1. Arxada qalan 13 il müddətində Qurbanovlu “Qarabağ” 238 qələbə qazanıb, 101 heç-heçə edib və 61 dəfə uduzub. Bu görüşlərdə onun komandası 876 xal toplayıb. Dördpendirli pizza
Telegram kanalımız