Qurbanlıq uşaqlar xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Qurbanlıq uşaqlar xilas edildi

Dünya

21 Aprel 2021 14:50 646


Braziliya polisi koronavirusa qarşı qurban vermək üçün seçilmiş 3 uşağı xilas edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Braziliyanın "Globo" qəzeti yazıb.

Xəbərdəki şahid ifadələrinə görə, hadisə Para əyalətinin Braqança bölgəsində baş verib. Bölgə sakinlərinin xəbərdarlığı ilə hadisə yerinə gələn polislər inanılmaz görüntülərlə qarşılaşıb. Sezar pizza

Günlərlə ac buraxlan üç uşaq dini mərasimdə sivil polislər tərəfindən xilas edilib. Məhəllə sakinləri polis gəlməmişdən əvvəl mərasimi əngəlləməyə çalışsalar da, nəticə uğurlu olmayıb. Həmin anın görüntüləri sosial mediada yayımlanıb. Çarmıxın altında ağ yorğana bükülmüş vəziyyətdə olan uşaqlar xilas edildikdən sonra sığınacağa göndərilib. Polis hadisəni uşaq istismarı kimi qiymətləndirib. Hadisə ilə bağlı istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!