Qurbanov anons etdi: “Qarabağ“ yeni futbolçu alır

saytların hazırlanması

Evə çatdırılma

Qurbanov anons etdi: “Qarabağ“ yeni futbolçu alır

İdman

24 Avqust 2022 16:45 1209


“Şahruddin çox məyusdur. Amma mən onun yanındayam".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" səfər oyunundan (1:2) sonra Bakıya qayıdarkən hava limanındakı açıqlamasında deyib.

O, Çexiya klubu ilə görüşdə qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan brinci qolda kobud səhvə yol verməsinə və onun kəskin tənqid olunmasına münasibət bildirib: "O, ən güvəndiyim futbolçulardan biridir.  Şahruddin öz üzərində ən çox işləyən futbolçularımızdan biridir". pizza mizza

Q.Qurbanov qarşıdakı günlərdə heyətə yeni oyunçu cəlb etmək istədiklərini də əlavə edib: "İstəyirik ki, komandada oyunçu sayı çox olsun ki, bacarıqlı futbolçuların da sayı artsın. Düzdür, çox az vaxt qalıb, ancaq imkan olduğu dərəcədə nəsə bir addım atacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!