Quru sərhədlər bu tarixdə açılır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlər bu tarixdə açılır? - Açıqlama

Siyasət

29 Avqust 2024 22:53 4400


Sentyabr ayında Azərbaycanda “Formula-1” yarışları, noyabrda isə COP29 tədbiri keçiriləcək. Bununla bağlı ölkəyə minlərlə qonaq, turist gələcək. Hökumət bunları nəzərə alıb quru sərhədlərin açılmasına dair qərar verə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, beynəlxalq tədbirlərin quru sərhədlərin bağlı, ya da açıq olması ilə əlaqəsi yoxdur.

Onun sözlərinə görə, “Formula-1” dünyanın bahalı sayılan kommersiya layihəsidir: Marqarita pizza

“Bu yarışı seyr etmək üçün Bakıya bəlkə 100-ə yaxın özəl təyyarə gəlir. COP29 isə dövlətlərin iştirakı ilə keçirilən tədbirdir. Hökumət nümayəndə heyətləri də daha çox çarter reysləri ilə gələcək. Diqqət yetirdinizsə, tədbir zamanı daha çox insanların gündəlik əmək fəaliyyəti ya qısaldılır, ya da distant rejimə keçirilir”.

İ.Şaban sərhədlərin bağlı qalmasının daha çox təhlükəsizliklə bağlı olduğunu düşünür:

“Ehtiyac yoxdur ki, sərhədi açıb, daha çox insanın gəlişi ilə tədbirlər zamanı təhlükəsizlik məsələlərini çətinləşdirək. Sərhədi açaraq tədbir keçirilən yerlər ətrafında hərəkəti çıxılmaz vəziyyətə salmaq lazım deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!