Quş ətinin qiyməti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Quş ətinin qiyməti bahalaşdı

İqtisadiyyat

28 Noyabr 2024 00:46 1438


Quş ətinin qiyməti artıb.

Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.

Satıcılar da qiymətlərin qalxdığını deyirlər. Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə kəskin qiymət artımı var. Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər. pizza hut

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Xüsusən, hinduşka, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmaması bahalaşmaya təsir edən əsas amillərdəndir.

İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!