Qusarda 3 nəfər göbələkdən zəhərləndi,   ikisi öldü

saytların hazırlanması

Evə çatdırılma

Qusarda 3 nəfər göbələkdən zəhərləndi, ikisi öldü

Hadisə

14 Oktyabr 2023 14:31 444


Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər. Sezar pizza

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!