Qusarda baş vermiş ağır qəzada xəsarət alanların   VƏZİYYƏTİ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Qusarda baş vermiş ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

Hadisə

14 Dekabr 2025 21:30 693


Qusarda baş verən qəza zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, dekabrın 14-də saat 15 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. pizza

"Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!