Qusarda ər və arvadın yaşadığı evdə ölməsi ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Qusarda ər və arvadın yaşadığı evdə ölməsi ilə bağlı cinayət işi başlandı

Kriminal

19 Aprel 2022 22:57 671


Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Qusar rayon prokurorluğuna istinadən xəbər verir.

Aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. pizza mizza

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!