Qusarda qətl: Prokurorluq məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Qusarda qətl: Prokurorluq məlumat yaydı

Kriminal

11 Avqust 2025 15:01 351


Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Avqustun 10-u saat 6 radələrində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Toyuqlu pizza

Araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!