Qusar rayonunun Xuray kəndində yanğın olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan "Changan" markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Dominos pizza
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız