"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında rekorda imza atıb.
Yenisabah.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin rekordu "Southempton"la görüşdə (1:1) qeydə alınıb.
Bu heç-heçədən sonra "şəhərlilər" Qvardiolanın rəhbərliyi altında Premyer Liqada 500-cü xalını qazanıb. Qvardiola 500 xala ən tez çatan baş məşqçi kimi Premyer Liqanın tarixinə düşüb. O, buna 213-cü matçda nail olub. pizza hut
Əvvəlki rekord isə Joze Mourinyoya məxsus idi. İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırmış Mourinyo 231 matçda 500 xal yığıb.
Telegram kanalımız