Radar və kameraların sayının artması qəzaları azaldıb? -   RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Radar və kameraların sayının artması qəzaları azaldıb? - RƏSMİ CAVAB

Sosial

14 Mart 2025 11:33 164


Son illərdə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə radar və müşahidə kameralarının sayı xeyli artıb.

Yenisabah.az xəbər verir ki, radarların və kameraların geniş şəkildə tətbiqi yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq, sürət həddinə nəzarət etmək və ümumi təhlükəsizliyi təmin etmək üçün mühüm rol oynayır.

Bu texnoloji yeniliklər sürücülərin qaydalara riayət etməsinə nə dərəcədə təsir edir? pizza hut

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə bildirib ki, müşahidələr göstərir ki, yol hərəkəti təhlükəsiziliyinin təmin edilməsi tədbirləri çərçivəsində elektron nəzarət sistemlərinin tətbiqi sürücü intizamına müsbət təsir edib:

"Bu tendensiya xüsusilə sürət həddinə əməl olunması, təhlükəsizlik kəmərindən istifadə, yolayrıcını keçmə qaydalarına riayət olunması kimi  xarakterik halar üzrə özünü daha qabarıq göstərir.

Bu, həm də yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin azalmasına bilavasitə təsir edən mühüm amillərdən biridir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!