Rafael İsgəndərovun qızı: “Öyrəşmisiniz dodaqları böyük xanımlara...”

saytların hazırlanması

Evə çatdırılma

Rafael İsgəndərovun qızı: “Öyrəşmisiniz dodaqları böyük xanımlara...”

Şou

26 İyul 2023 17:41 972


Əməkdar artistin Rafael İsgəndərovun blogger qızı Gülarə İsgəndərova hicab geyməsi ilə bağlı şərh yazan izləyicilərini sərt tənqid edib. 

Lent.az-ın xəbərinə görə, o, sosial şəbəkə hesabında heç kəsin fikrinə ehtiyac duymadığını, İslam adətləri ilə yaşadığını bildirib.

"Mənə heç kəsin fikri önəmli deyil. Məni sevən insan belə sevir. Baş bağlayan zaman elə geyinmək lazımdır ki, insanlar çevrilib sənə baxmasın. Bəziləriniz bunu bilmirsiniz. Qınamıram sizi... Dördpendirli pizza

Öyrəşmisiniz dodaqları böyük, gözündə makiyaj olan xanımları görməyə... Başını düzgün bağlaya bilməyən qadınları görməyə o qədər öyrəşmisiniz ki, artıq bəzəksiz birini görəndə sizə qəribə gəlir.

İstədiyim paltarı istədiyim yerə - toya, dükana geyinə bilərəm. Bu mənim üçün problem deyil. Sizin üçün də problem olmamlıdır. Mən "Fashion blogger" deyiləm ki, burada mənim geyimlərim müzakirə edilsin. Mənə belə rahatdır.

İstəsəm bir paltarı 1 gün, istəsəm 10 gün də geyinərəm. Bu heç kimin işi deyil və heç kim buna qarışmamalıdır", - o bildirib

Gülarə İsgəndərova evlidir. Onun bir azyaşlı qızı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!