Rafael Nadal 14-cü dəfə çempion oldu

saytların hazırlanması

Evə çatdırılma

Rafael Nadal 14-cü dəfə çempion oldu

İdman

05 İyun 2022 20:46 997


İspaniyalı tennisçi Rafael Nadal on dördüncü dəfə Roland Garros (Fransa açıq çempionatı) turnirinin qalibi olub.

Yenisabah.az xəbər verir ki, turnirin favoriti sayılan Rafael Nadal finalda norveçli rəqibi Kasper Ruud üzərində inamlı qələbə qazanıb – 6:3, 6:3, 6:1. Bu, ispan tennisçinin “Böyük dəbilqə” seriyasından iyirmi ikinci, o cümlədən Roland Garros turnirində on dördüncü qələbəsidir. O, iki dəfə Australian Open, iki dəfə Uimbildon, dörd dəfə isə US Open turnirində qalib gəlib.

Otuz altı yaşlı Rafael Nadal “Böyük dəbilqə” turnirlərində qazandığı qələbələrin sayına görə dünya rekordçusudur. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!