Ramil Səfərovun xanımı rəqiblərini qabaqladı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ramil Səfərovun xanımı rəqiblərini qabaqladı - FOTO

Siyasət

27 Avqust 2024 15:37 3372


Növbədənkənar parlament seçkilərində 119 saylı Ağdam Seçki Dairəsində Şəbnəm Səfərova rəqiblərindən üstün görünür.

Metbuat.az xəbər verir ki, "Ağdam TV" və "Ağdam" sosial şəbəkə platformasının seçicilər arasında keçirdikləri sorğuda o, rəqiblərini qabaqlayaraq ilk pillədə yer alıb. Şəbnəm Səfərova seçicilərlə keçirdiyi silsilə görüşlərlə və KİV-də apardığı uğurlu kampaniya ilə də fərqlənir.

Xatırladaq ki, 119 saylı Ağdam Seçki Dairəsindən 9 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiyaların (YAP və AXP) namizədləri, 7 nəfər isə bitərəflərdir. Sözügedən dairədə əsas mübarizənin Şəbnəm Səfərova, "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov və sabiq deputat Bəxtiyar Əliyev arasında keçəcəyi gözlənilir. Toyuqlu pizza

Qeyd edək ki, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!