YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ramin Hacılının məhkəməsi: “Müstəntiq vəziyyətimi qəsdən ağırlaşıdırb”

Ramin Hacılının məhkəməsi: “Müstəntiq vəziyyətimi qəsdən ağırlaşıdırb”

Kriminal

27 Sentyabr 2022 17:58 665


Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyada ittiham olunan Ramin Hacılının məhkəmə prosesi keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses prokurorun vəsatəti ilə davam edib. Prokuror Fariz Rzayev vəsatəti indiyədək məhkəmədə dindirilmiş şahidlərin məhkəməyə dəvət edilərək zərərçəkmiş qismində tanınması ilə bağlı olub: “Konstitusiya Məhkəməsinin qərarına görə, rüşvət verməyə təhrik ittihamı üzrə şahid qismində tanınmış şəxslər zərərçəkmiş kimi tanına bilər”. 

Ramin Hacılının vəkili Rəşad Əliyev vəsatətə etiraz edərək bildirib ki, qanunun geriyə qüvvəsi o halda şamil olunur ki, şəxsin vəziyyətini yaxşılaşdırsın. Şəxsin vəziyyətini ağırlaşdırdığı halda qanunun qüvvəsi geriyə şamil oluna bilməz. 

Təqsirləndirilən şəxs Ramin Hacılı da buna etiraz olaraq “Əgər hər şeyi bu məhkəmədə sıfırdan başlamaq istəyirsinizsə, elə işi göndərin ibtidai istintaqa, istintaq təzədən başlasın”,- deyib. 

R.Hacılı vəkilin “Siz xarici vətəndaşlara viza təşkilində kömək etmisiz?” sualını “xeyr, çünki əcnəbi vətəndaşlara çox vaxt səfirliklər viza verməkdən imtina edirdi.”,- deyə cavablayıb. 

Vəkil məhkəmə prosesində hakimin nəzərinə çatdırıb ki, Ramin Hacılıya qanunsuz miqrasiyanın təşkili maddəsiylə ittiham verilib. Həmin maddə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə qanunsuz gəlməsiylə bağlıdır. Ancaq Ramin Hacılının fəaliyyətində belə bir məsələ olmayıb. 

Ramin Hacılı onu da bildirib ki, istintaq vaxtı şahidlərə qəsdən yazdırılıb ki, guya onlardan alınan pulların bir qisminin hansısa vəzifəli şəxsə çatdırılıb: “Müstəntiq ucdantutma hamısına belə yazdırıb, ancaq vəzifəli şəxsi də üzə çıxarmayıb, sənədlərdə “istintaqla müəyyən edilməyən şəxs” kimi qeyd edib. Bunu mənim vəziyyətimi ağırlaşdırmaq üçün edib. Mən daha nəyə and içməliyəm ki, müstəntiqin “istintaqla müəyyən edə bilmədiyi” şəxs deyilən biri yerli-dibli olmayıb və onun uydurmasıdır”.

R. Hacılı qeyd edib ki, 16 şahidin 2-sindən başqa heç biri pulunu mənimsədiyimi deməyib. 

Hakim məsələyə müşavirə otağında qiymət veriləcəyini deyib. 

Ramin Hacılı “Əgər hər şeyi bu məhkəmədə sıfırdan başlamaq istəyirsinizsə, elə işi göndərin ibtidai istintaqa, istintaq təzədən başlasın. O şahidlərin iki nəfəri xaric heç biri burda onlara qarşı dələduzluq etdiyimi demədi. O iki nəfərinsə vizası düzlməyib, verdikləri pulun bir qismini qaytarmışam, qalan qismini də həbs olunduğum üçün qaytara bilməmişəm”,- deyə etirazını bildirib. 

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, Ramin Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilib. O, 2019-cu ildə azadlığa buraxılıb. 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib.

Nəzrin CAVADZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!