Ramiz Novruzun oğlu boşanır 

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Novruzun oğlu boşanır 

Mədəniyyət

19 Dekabr 2023 10:16 3946


Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Nəriman Novruz vizajist həyat yoldaşı Əzizə Novruzdan boşanır. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Nərimanın vizajist bacısı Şəfəq Novruz "İncə səhər" verilişinə müsahibəsində deyib. 

Şəfəq bildirib ki, yaxın bir ay ərzində Nəriman və Əzizə rəsmi şəkildə boşanacaqlar:  Pepperoni pizza

“Bir ay ərzində soyadımızı da daşımayacaq. Ayrılıq məsələləri var. Biz danışıb hər şeyi aydınlaşdırdıq, doğma bağlar var, uğurlar arzu edirəm. İki övladı var, onlar da analarında qalacaqlar”.

Qeyd edək ki, son günlər Şəfəq Novruz, onun qızı Ayan və Əzizə arasında qalmaqal pik həddə çatıb. Öncə dalaşıb, daha sonra barışdıqlarını açıqlayan tərəflərin mübahisəsinə Əzizənin anası qoşularaq, Şəfəqin söylədiyinə əsasən, ona böhtanlar atıb.

Bununla bağlı ötən gecə Şəfəq sosial şəbəkə hesabında videoaçıqlamalar yayaraq qarşı tərəfin ittihamlarına cavab verib.(Bizim.Media) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!