Çeçenistanın Baş nazirinin böyük qızı mədəniyyət naziri vəzifəsinə təyin olunub.
Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə muxtar respublika parlamentinin spikeri Maqomed Daudov məlumat yayıb.
Ramzan Kadırovun qızı Ayşat Kadırova bundan əvvəl Çeçenistan mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutub Toyuqlu pizza
Daudov rəsmi İnstaqram səhifəsində yazıb:
"Əminəm ki, Çeçenistan Respublikasının mədəniyyət naziri vəzifəsində Ayşat fəaliyyətində daha da əhəmiyyətli nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcək".
Daudov qeyd edib ki, işinə məsuliyyətli münasibət sayəsində Ayşat Kadırova kitabxanaların, mədəniyyət evlərinin və teatrlarının inkişafına böyük töhfə verməyi, həmçinin Mədəniyyət Nazirliyinin bütün sahələrində yüksək göstəricilərə nail olmağı bacarıb.
Ayşat Kadırova 31 dekabr 1998-ci ildə Çeçenistan Respublikasının Sentoroy kəndində anadan olub. Çeçen Dövlət Universitetini bitirib, 2016-cı ildən "Firdaws" moda evinin direktorudur və ötən ilin sentyabrında Çeçenistan mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Telegram kanalımız