Raquf Orucovun xatirəsinə həsr olunan futbol turniri başa çatıb

saytların hazırlanması

Evə çatdırılma

Raquf Orucovun xatirəsinə həsr olunan futbol turniri başa çatıb

İdman

13 İyul 2019 15:19 1355


Ağdam rayonunda 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr edilən futbol turniri başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, yarışda rayonun cəbhəyanı kəndlərini, məcburi köçkün qəsəbələrini, ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 8 komanda iki qrupda mübarizə aparıb. Qrupdaxili oyunların nəticələrinə görə qalib gələn komandalar yarımfinal və finalda qarşılaşıblar.

Turnirin final oyunu iyulun 12-də - şəhid zabitin doğum günündə keçirilib. Final yarışında rayonun Bənövşələr qəsəbəsinin və Üçoğlan kəndinin komandaları mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bənövşələr qəsəbəsinin komandası qalib gəlib. Dominos pizza

Birinci, ikinci və üçüncü yerləri tutan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Ağdam rayonunda şəhid zabit Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri dörd ildir keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!