Rasim Balayev: “Birdəfəlik prezident olsa, onda...”

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayev: “Birdəfəlik prezident olsa, onda...”

Mədəniyyət

22 Dekabr 2023 14:13 2475


“Elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olsun. İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur. Əliyev seçiləcək. Mən də ona səs verəcəyəm”.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib.

O, 7 fevral növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürənlər barədə rəyini bildirib: “Namizədliklərini irəli sürənlər elə-belə, havayı şeydir. Bugünkü reallıq budur ki, İlham Əliyevdən başqa Prezidentliyə heç bir namizəd ola bilməz”. pizza

R. Balayev İlham Əliyevin ömürlük prezident seçilməsi barədə fikirlərə də münasibət bildirib: “Niyə ömürlük olsun? Birdəfəlik prezident olsa, onda dünya ictimiayyətində belə fikir yaranar ki, Azərbaycanda totalitarizmdir. 7 ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək, ömrünün axırına kimi...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!