Saxta orden və medal paylayanlar saxlanıldı   - Aralarında məşhur şəxslər də var

saytların hazırlanması

Evə çatdırılma

Saxta orden və medal paylayanlar saxlanıldı - Aralarında məşhur şəxslər də var

Kriminal

01 Oktyabr 2025 18:49 12115


 

Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar. Sezar pizza

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rasim Məmmədov 2023-cü ildə xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə həbs edilmişdi. O, ötən il cəzasını tam başa vurub azadlığa çıxmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsad
    Keçmiş məhkumlara yüksək vəzifə verəndə, axırı nə olmalıydı???
    7 months ago