Rasim Məmmədovdan ŞOK ittiham: “Əvəz Zeynallı məni dəfələrlə hədələyib”

saytların hazırlanması

Evə çatdırılma

Rasim Məmmədovdan ŞOK ittiham: “Əvəz Zeynallı məni dəfələrlə hədələyib”

Kriminal

12 Sentyabr 2022 14:18 5926


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov sərbəst ifadə verib.

“Yeni Sabah” xəbər verir ki, R. Məmmədov ilkin olaraq məhkəmədə “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallının həbsi ilə bağlı danışıb. 

“Əvəz Zeynallı barəsində sözümü demək istəyirəm. Əvəz jurnalist deyil, cinayətkardır. Neçə ildir mənə təzyiq edir, pul tələb edir. Bu gün də mənim uşaqlarıma eynisini edir. Məni dəfələrlə hədələyib. 2005-2020-ci illərdə məndən pul tələb edirdi. Uşaqlarıma gizli nömrələrlə zəng elətdirirdi.” Dördpendirli pizza

Rasim Məmmədov həmçinin ifadəsində bildirib ki, o “Baku Steel Company”də 2008-ci ildən çalışmağa başlayıb. 

“Həmin vaxt şirkətin 25 faizi mənə, 75 faiz digər iki şərikə aid idi. O vaxt elə bir vəziyyət idi ki, şirkət heç kimə lazım deyildi. 2011-ci ildə iki dəfə olmaqla ümumilikdə 30 milyon pul verib zavodu aldım”.

Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibətini bildirib. O bildirib ki, R. Məmmədov Ə. Zeynallının cinayət işi ilə bağlı yetərincə məlumat verib və bu məlumatlar aktlaşdırılaraq prokurorluğa göndərilməlidir.

R. Məmmədovun vəkilləri məhkəmədə vəsatət qaldırıb. Onlar Elçin Sadıqovun həbsi ilə bağlı qərarın dəyişə biləcəyini deyərək bildiriblər ki, E. Sadıqov işə gələ bilər. Bu səbəbdən də məhkəmədən vaxt istəyiblər. Hakim iki vəkilin olduğunu nəzərə çatdıraraq prosesin davam etdirilməsinə qərar verib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!