Rauf Arifoğlu çənə əməliyyatı olub?

saytların hazırlanması

Evə çatdırılma

Rauf Arifoğlu çənə əməliyyatı olub?

Sosial

01 Aprel 2026 12:47 560


"Cəbhəçi - Qumçu" ittifaqının xaricdə yaşayan ünsürləri saxta foto yayaraq, əməliyyat olunduğumu "xəbər" veriblər. Öz aralarında da çoxsaylı paylaşım edərək, bunu tirajlamaqdadırlar.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial şəbəkədə yazıb.

"Uzun müddət idi başları özlərinə qarışmışdı; görünür, yenidən ideoloji təxribatlara komanda verənlər var... pizza hut

Bu saxta foto və məlumata inanan, narahat olan, yazan dostlar, qohumlar tanışlar da var. Bildirirəm ki, heç bir əməliyyat keçirməmişəm, sağlamam, bu saxta və axmaq məlumatı yayan, onlara dəstək olan ünsürlər barədə də bütün platformalarda şikayət etmişəm", - o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkədə R.Arifoğlunun çənə əməliyyatı keçirdiyi ilə bağlı məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!