Rayonlarda yağış və qar yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda yağış və qar yağır - FAKTİKİ HAVA

Sosial

21 Mart 2025 09:45 222


Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, ağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir. Dördpendirli pizza

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!