Razi Nurullayev Fransanın milli bayramında iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

Razi Nurullayev Fransanın milli bayramında iştirak etdi

Siyasət

13 İyul 2024 14:12 715


Ötən gün Fransanın Bakıdakı səfirliyində Fransanın milli bayramı qeyd edilib.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir Bastiliya qalasının alınması münasibətilə təşkil olunmuşdu. Səfirlik tərəfindən bir sıra ictimaiyyət nümayəndələrinə də dəvət göndərilmişdi.

İki ölkə arasındakı diplomatik münasibətlərin o qədər də yaxşı olmaması səbəbindən sözügedən dəvətə ictimai-siyasi xadimlərin, siyasət adamlarının qatılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Dominos pizza

Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, paylaşımlarda isə VI çağırış Milli Məclisin deputatı Razi Nurullayevin də dəvətdə iştirak etdiyi iddia olunub.

İddiaların həqiqəti əks etdirib-etdirmədiyini dəqiqləşdirmək üçün Razi Nurullayevin özü ilə əlaqə saxladıq.

R.Nurullayev Oxu.Az-a açıqlamasında Fransa səfirliyinin milli bayramına dəvət olunduğunu və tədbirdə iştirak etdiyini təsdiqləyib:

"Bəli, mən səfirlik tərəfindən dəvət olunmuşdum. Tədbirə getdim. Lakin bizim dövlət nümayəndələrimizi orada görmədim və tədbiri erkən tərk etdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!