“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh

Siyasət

13 Noyabr 2020 07:57 36045


“Ermənistanda nə qədər xaos olsa da, bir konstitusiya var və Paşinyan istefa verəcəyi təqdirdə kimsə onun vəzifəsini icra etməlidir. Və sözsüz ki, həmin şəxs işğalçı ölkənin hərbi qüvvələrinə, ordusuna da rəhbərlik edəcək”.

“Yeni Sabah” xəbər verir ki, bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında deyib.

O, bildirib ki, eyni zamanda həmin məsul adam Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli razılaşmasından irəli gələn hansısa öhdəlikləri də yerinə yetirməlidir. “Ya da bəhs edilən bəyanatdan rəsmən imtina etməlidir. Hazırda hiss olunur ki, hələlik Müdafiə naziri  D.Tonoyan bəyanat-razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirir.  Toyuqlu pizza

Onlar razılaşmadan - Kəlbəcər, Ağdam və Laçından qoşunları çıxarmaqdan imtina edərək atəşkəsi pozacaqları halda  Azərbaycan yenə də güc yoluyla ərazi bütövlüyünü bərpa etməyə məcbur olacaq və nəticədə yenidən ağır artilleriya, tanklar, aviasiya işə düşəcək. Və bu şəraitdə Qarabağdakı yüngül silahlarla silahlanmış Rusiya sülhməramlıları da atəş xəttində olmaqla təhlükə altında qalacaqlar. Yəni erməni tərəfi üçtərəfli sazişi pozmaq üçün Moskva ilə də hesablaşmalıdır. Və deməli, həmin bəyanatdan bütövlükdə və ya hansısa maddəsindən imtina edəcəyi halda Ermənistan iqtidarı qarşısında Azərbaycandan öncə Putini görəcək. Putinin siyasi dəst-xətti isə indan ibarətdir ki, kiməsə söz verirsə, həmin sözün üstdə durmağı özünə borc kimi bilir və bunu digər tərəfdən də tələb edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!