“Razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı”

saytların hazırlanması

Evə çatdırılma

“Razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı”

Siyasət

10 Noyabr 2020 23:20 2182


“Bu müqavilələr iki saata hazırlanmayıb. Belə bir ifadə var: “Sən xoş söz və silahla sadəcə xoş sözlə nail olduğundan daha çoxuna çata bilərsən”. Əlbəttə ki, razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı. Bu, strateji cəhətdən Dağlıq Qarabağı fəlakətin astanasına saldı və müqavilənin imzalanması üçün tətik rolunu oynadı”.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı ictimai və siyasi xadim, ehtiyatda olan polkovnik, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Viktor Muraxovski deyib.

“Bəli, Ermənistan hansısa mənada fayda götürüb. Çünki müharibədə faktiki məğlubiyyətə baxmayaraq, Qarabağa nəqliyyat dəhlizləri saxlanılır. Ancaq məsələ başqadır. Əgər İrəvanda Dağlıq Qarabağ uğrunda vuruşmağı bu qədər istəyirdilərsə, onlar özləri nə üçün süparatçı "dövləti" tanımadılar? Ümumiyyətlə isə mötəbərliyini döyüş meydanında sübuta yetirmək, döyüşə hazır olduğunu göstərmək lazımdır”, - deyə ekspert qeyd edib.  /Media.az Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!