Reabilitasiya Mərkəzindəki yanğında xəasrət alan var

saytların hazırlanması

Evə çatdırılma

Reabilitasiya Mərkəzindəki yanğında xəasrət alan var

Sosial

06 Mart 2025 17:17 207


Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb.

TƏBİB-dən Yenisabah.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 6-da saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!