Bu gün Çempionlar Liqasında final oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Madrid təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Oyundakı yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub. Nəticədə "kral klubu" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, təhlükəsizlik işləri baxımından 23:37-də start götürüb. Dördpendirli pizza
28 may
23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1
Qol: Vinisius Junior, 59
Paris, "Stade de Frans" stadionu
Telegram kanalımız