İspaniya Superkubokunda yarımfinal oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın ilk matçında son ölkə çempionu və Superkubokun hazırki sahibi “Real Madrid” “Valensiya” ilə üz-üzə gəlib.
Kral Fəhd adına beynəlxalq stadionda baş tutan matç gərgin mübarizə şəraitində keçib. pizza hut
Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan matçın əlavə vaxtında qapılara qol vurulmayınca görüşün taleyini 11 metrlik cərimə zərbələri həll edib. Daha dəqiq olan Kral klubu finala vəsiqə qazanıb - 4:3.
Qeyd edək ki, turnir Səudiyyə Ərəbistanında keçirilir. İspaniya Superkuboku çərçivəsində ikinci yarımfinal görüşü cümə axşamı oynanılacaq. Ötən mövsümü ikinci sırada bitirən “Barselona” “Real Betis”i sınağa çəkəcək.
Yarışın həlledici oyunu isə yanvarın 15-də baş tutacaq.
Telegram kanalımız